Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək niyyətində olduğu bildirilir. Moskva isə Qərbdə saxlanılan valyuta ehtiyatlarının geri qaytarılacağını iddia edir.


Moderator.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin həlli ilə bağlı səfirlərin dəyirmi masasında deyib.






Lavrovun sözlərinə görə, Avropa Komissiyası Rusiyaya məxsus aktivləri müsadirə etmək və yalnız Ukraynaya müəyyən təzminat ödənildikdən sonra həmin vəsaiti geri qaytarmaq istəyir.


“Biz valyuta ehtiyatlarımızın geri qaytarılmasını təmin edəcəyik. Buna qətiyyən şübhəm yoxdur”, – deyə Lavrov bildirib.