“Şərur” MTK-da Baş icraçı direktorun insan resursları və transformasiya üzrə baş müşaviri vəzifəsinə təyinat olub.
 




Moderator.az Plat.az-a istinadla xəbər verir ki, bu vəzifə Könül Paşayevaya həvalə edilib.
 
Qeyd edək ki, K.Paşayeva insan resursları üzrə təlimçidir. O, həmçinin "Yüksəliş" müsabiqəsində ekspert qismində iştirak edir. 
 
Xatırladaq ki, "Şərur" MTK-nın sahibi iş adamı İsfəndiyar Axundovdur (Şərurlu İsfəndiyar).