Gələn il Azərbaycanın səhiyyə xərcləri 2,9 faiz artacaq.


Moderator.az-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.






Gələn il Azərbaycanın səhiyyə xərcləri 2 milyard 82,6 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 58 milyon 285 min manat, yaxud 2,9 faiz çoxdur.


Qeyd edək ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard 24 milyon 314 min 550 manat olub.