Türkiyənin teatr, kino və televiziya aləminin tanınmış simalarından olan usta sənətçi Münir Canar 81 yaşında dünyasını dəyişib.
 




Moderator.az xəbər verir ki, bu barədə Dövlət Teatrları Baş İdarəsi məlumat yayıb.
 
Dövlət Teatrlarının yaydığı rəsmi açıqlamada deyilir:
 
"Dövlət Teatrlarının usta ismi, müəllimimiz Münir Canarı itirdik... Türk teatrının, kinosunun və televiziya ekranlarının ən dəyərli çinarlarından olan Münir Canarın 81 yaşında aramızdan ayrılmasının dərin kədərini yaşayırıq. Ömrünü sənətə həsr edən Münir Canar Dövlət Teatrları çətiri altında aktyor və rejissor kimi bir çox əsərə həyat verdi. Səhnədəki güclü ifası ilə yanaşı, kino və televiziya layihələrində də özünəməxsus aktyorluğu ilə dərin izlər qoydu. Dəyərli ustadımızı hörmət, sevgi və rəhmətlə anır, ailəsinə, yaxınlarına və bütün sənət aləminə başsağlığı veririk. Məkanı cənnət, xatirəsi əbədi olsun. Sənin üçün çox darıxacağıq..."
 
FilmSan Vəqfi də ustad sənətçinin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayaraq, sənətçinin ailəsinə və sevənlərinə səbir diləyib.



Münir Canar 22 aprel 1945-ci ildə anadan olub.


Ömrünü sənətə həsr edən sənətçi uzun illər Dövlət Teatrları çətiri altında həm aktyor, həm də rejissor kimi bir çox tamaşada rol alıb.


Teatrdan əlavə, kino və televiziya layihələrində də yer alıb, xüsusilə uzunömürlü "Kaynanalar" serialındakı Katib Kerim rolu, "Eyyvah Eyvah" və "Oflu Hoca'nın Şifresi 2" kimi ekran işləri ilə tanınıb.


Usta aktyor 81 yaşında dünyasını dəyişib.