“Zəhra atası ilə qalır, Allah Röyal qardaşa can sağlığı versin ki, Tünzalənin əmanətini…” - FOTO+ÖZƏL
17 Sep 2026, 08:42 29 baxış 2 dəq oxuma
“Demək olar ki, “Komedixana” başlayan ildən ora dəvət alırdım. Sadəcə olaraq həm aparıcılıq, həm də teatrdakı işimə görə alınmırdı. Hər şey üst-üstə gəlirdi. Vaxt baxımından dəvəti dəyərləndirə bilmirdim. Qismət bu ilə imiş. İnşallah, xeyirli-uğurlu olsun. Mən bu kollektivə yeni gəlsəm də, həmin insanların hər biri ilə ayrı-ayrılıqda layihələrdə çalışmışıq. Biz illərin dostlarıyıq deyə özümü burada yad hiss etmirəm”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva deyib.
O daha sonra əlavə edib:
“Teatrda hər şey yaxşıdır. Ötən il mənim ustadım, görkəmli sənətkar, Xalq artisti Afaq Bəşirqızı ilə “Zal qızı Zalxa” tamaşasında birgə oyanmışdıq. Gözəl bir primyera da baş tutmuşdu. Allah Afaq xanım başda olmaqla bütün aktyorlarımıza can sağlığı versin. Yeni mövsümdə də maraqlı layihələr var. Heç vaxt həyatda plan qurmuram. Deyirlər ki, “Allahı güldürmək istəyirsənsə ona gələcək planlarından danış”. Gözəl bir mövsüm bizi gözləyir. Bütün tamaşaçıları da bir-birinən gözəl tamaşalarımıza baxmağa dəvət edirəm”.
Ülviyyə Əliyeva mərhum aktrisa Tünzalə Əliyevanın qızı Zəhradan da danışıb:
“Zəhra ilə tez-tez görüşürük. Maşallah böyüyüb. Bu il artıq 5-ci sinfə gedir. 4-cü sinifi əlaçı bitirib. Çox ağıllı, kamallı, çox istedadlı uşaqdır. Allah pis gözdən, bəd-nəzərdən saxlasın. Allah həmişə yolunu açıq etsin. Allah Röyal qardaşa da can sağlığı versin ki, sağ-salamat Tünzalənin əmanətini böyütsün, gözümüzə çıraq etsin”.