Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin təhsil müəssisələrində "tarixi Ermənistan" xülyalarına əsaslanan torpaq iddialarının və irredentist fikirlərin səsləndirilməsinə qadağa qoyub.
Moderator.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.
"Hərtərəfli Təhlükəsizlik və Dözümlülük" adlı beynəlxalq konfransdakı çıxışında bu mövzuda danışan erməni Baş nazir bildirib ki, gələcək nəsillər xəyali xəritələrlə deyil, beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik sərhədlər çərçivəsində, yəni "Real Ermənistan" konsepsiyası ilə böyüməlidir.
S.Laçın