Cari ilin səkkiz ayında 23 194 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
 




Bu barədə Moderator.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
 
Bildirilib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində 23 194 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
 
Onların 58,8%-ni kişilər, 41,2%-ni isə qadınlar təşkil edib.