Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda görüşəcək.
Moderator.az "A Haber"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri Tomas Barrak bildirib .
Qeyd edilib ki, iki liderin görüşü sentyabrın 22-də ümumi müzakirələri başlayacaq Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyası çərçivəsində baş tutacaq.