Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb.


Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də məlumat yayıb.






Məlumata görə, Türkiyə ordusunun 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən təlimə hazırlıqları yekunlaşıb.


Təlim çərçivəsində bölmələr 15 sentyabrda Qars Qarnizonundan Azərbaycanın "Qızılqaya" və "Qarabağlar" təlim sahələrinə yerləşdirilməyə başlayıb.