“Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışların U-15 yaş qrupunda 7-turdan təxirə salınmış bir oyun keçirilib. 
 




Moderator.az fanat.az-a istinadla xəbər verir ki, EFA komandası “Zəngəzur”a 5:1 hesabı ilə qalib gəlib. 
 
Nəticədə sözügedən komanda "Sabah"ı 4-cü yerdən sıxışdıraraq yarımfinala vəsiqə qazanıb. 
 
EFA növbəti mərhələdə  "Neftçi" ilə qarşılaşacaq.
 
Sabahın Ulduzları
7-ci turun oyunu
17 sentyabr
 
”Zəngəzur” – EFA  1:5
 
Qollar: Əli Seyfulla, 79 - Ömər Osmanlı, 15. Hüseyn Novruzlu, 33. Yusif Məmmədli, 50. Şahin Qasımzadə, 52. Kənan Həsənov, 68.  
 
Beləliklə, yarımfinal cütləri belədir: 
 
U-15
Yarımfinal
20 sentyabr
 
Qarabağ – Ulduz
Neftçi – EFA