Avropa İttifaqı (Aİ) Böyük Britaniyaya assosiativ üzvlük statusu təklif etməyəcək.


Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi bildirib.






O qeyd edib ki, assosiativ üzvlük təklifi Avropadan kənarda yerləşən tərəfdaş ölkələrə aiddir: "Avropa dövləti Aİ ilə xüsusi tərəfdaşlıq istəyirsə, üzvlük üçün müraciət edə bilər".


Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadaya Aİ-nin assosiativ üzvü statusunun verilməsi ilə bağlı işlərə başlanmasını təklif edib.