Nobel Fondu 2026-cı ildə Nobel mükafatının məbləğini hər kateqoriya üzrə 12 milyon krona (1,22 milyon dollar) qədər artırmaq qərarına gəlib.


Moderator.az xəbər verir ki, bu barədə fondun yaydığı press-relizdə bildirilib.






Fondun məlumatına görə, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb.


Qeyd olunub ki, 1901-ci ildə ilk Nobel mükafatları təqdim edilərkən hər kateqoriya üzrə mükafatın məbləği 150782 kron təşkil edib. Son 15 ildə mükafatın məbləği dəfələrlə dəyişdirilib. 2012-ci ildə məbləğ 10 milyon kronadan 8 milyon krona endirilib. Həmin vaxtdan mükafatın məbləği üç dəfə artırılıb.


Qeyd edək ki, bu il Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.