Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Kiyev hakimiyyətinin hazırkı siyasətinin müharibənin davam etdirilməsinə yönəldiyini iddia edib.
Moderator.az xəbər verir ki, Azarov bu barədə TASS-a açıqlamasında ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə son səfərlərini şərh edərkən danışıb.
“Hazırda Kiyevdəki rejim yalnız müharibə üçün çalışır”, – deyən Azarov bildirib ki, Ukraynanın müttəfiqləri göstərdikləri dəstəyin hansı nəticələrə gətirib çıxara biləcəyini düşünməlidirlər.
Keçmiş baş nazir bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin də səsləndirdiyi suallara diqqət çəkib və Avropa ölkələrinin mümkün qarşıdurmanın nəticələrini nəzərə almalı olduğunu söyləyib.
Azarovun fikrincə, bu məsələlər ABŞ-la aparılan danışıqlarda da gündəmə gətirilməlidir. O hesab edir ki, Vaşinqton üçün müharibənin deyil, sülh prosesinin irəliləməsinə çalışan Ukrayna hakimiyyətinin mövcudluğu daha məqsədəuyğun olardı.
Qeyd edək ki, Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, ertəsi gün isə Kiyevdə Ukrayna rəhbərliyi ilə danışıqlar aparıblar.