Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək.
 




Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
 
Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində iştirak edəcək.
 
Daha əvvəl ABŞ-nin Ankaradakı səfiri Tom Barrak Türkiyə lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında Nyu-Yorkda görüş keçiriləcəyini açıqlamışdı.