Moderator.az xəbər verir ki, Əməkdar artist, sevilən müğənni Firuzə İbadovanın nəvəsi Hökümə xarici ölkələrdən birində universitetə qəbul olub. Bu haqda müğənninin özü Moderator.az-a bildirib:
“Nəvəm Hökümə məni sevindirdi.. Xarici ölkədə ən nüfuzlu universitetlərdən birinə qəbul olub. Özü də yüksək balla. Bir neçə universitetdə təhsil alma şansı var idi. Bu çətin günlərimdə nəvəmin universitetə daxil olması xəbəri məni həyata daha da bağladı və böyük stimul oldu. Çox sevinirəm, fərəhliyəm. Qızım Hülya onun üçün çox əziyyət çəkdi, ona gözəl tərbiyə, təhsil və savad verdi. Allah onun əziyyətini yerdə qoymadı. Bir müddət sonra Höküməni xarici ölkəyə yola salacağıq. Allah bütün balaların yolunu açıq etsin, mənim nəvəm də onların içində” deyə o bildirib.
Qeyd edək ki, Hökümə Firuzə İbadovanın yeganə nəvəsidir.