Bir həftə əvvəl Əməkdar artist Firuzə İbadovanın səhhətində problem yaranmışdı və o təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.


Moderator.az-a açıqlama verən müğənni çətin günlərinin artıq geridə qaldığını bildirib:






“Təxminən 1 həftə əvvəl səhhətimdə yaranan problemlərlə bağlı təcili olaraq əməliyyat olundum. Çox ağır əməliyyat keçsə də, şükür ki, artıq ayaq üstəyəm. Mən özümdə olmamışam, amma qızım deyir ki, mama, bir bilsəydin nə qədər insan sənə görə xəstəxananın qarşısına gəlmişdi. Bu xalqın, tamaşaçıların sevgisidir. Bir daha sübut olundu ki, el sənətkarını çox sevir. Onların hamısına təşəkkür edirəm. Hələ ki, bir müddət heç yerə gedib-gələ bilməyəcəm. Evin içindəyəm, ara-sıra təzyiqim olur. Bu günümüzə şükürlər olsun. Maraqlanan, yada salan, zəng edib hal-əhvalımı soruşan bütün insanlara, tamaşaçılara, həmkarlarıma öz təşəkkürümü bildirirəm” deyə o bildirib.