Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.
 




Bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Eminbəy Zeynalov İRİA-nın Brend və marketinq kommunikassiyaları departamentinin müdiri vəzifəsinə təyin olunub.
 
O, bu təyinata qədər GoldenPay, COP29 Azerbaijan, Maverick, Avromed Company CJSC, Azercell Telecom LLC, McCANN Baku şirkətlərində çalışıb. /İqtisadiyyat.az/