Özbəkistan hərbçiləri "Birliyin Gücü – 2026" təlimi üçün Azərbaycana gəlib - FOTO/VİDEO
21 Sep 2026, 14:05 27 baxış 1 dəq oxuma
Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.