Məşhur ABŞ-li supermodel Sindi Krouford və iş adamı Rendi Gerberin oğlu Presli 27 yaşında ölüb.
 




Moderator.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
 
Məlumata görə, o, sentyabrın 20-də vəfat edib. Hələlik ölümün dəqiq səbəbi bəlli deyil və tibbi ekspertiza yekunlaşmayıb.
 
Xəbərdə bildirilir ki, Presli son zamanlar özünün psixoloji durumu və zərərli vərdişlərdən asılılığı barədə səmimi etiraflar edirmiş.