Yemək zamanı dinlənilən musiqi insanların qida seçiminə təsir göstərə bilər. Yeni araşdırmaya görə, sakit musiqi sağlam qidalara üstünlük verilməsini artıra bilər.


Moderator.az xəbər verir ki, bu barədə “Science Alert” portalı məlumat yayıb.






Makao Elm və Texnologiya Universitetinin alimləri dörd təcrübə aparıblar. Universitet kafeteriyasında keçirilən sınaqda səkkiz gün ərzində sakit və enerjili musiqilər növbə ilə səsləndirilib və 911 alış qeydə alınıb.


Nəticələrə görə, sakit musiqi zamanı sağlam məhsullar alışların 18,94 faizini, enerjili musiqidə isə 13,59 faizini təşkil edib.


Tədqiqatçılar hesab edirlər ki, sakit musiqi daha rahat mühit yaradaraq insanların sağlam qidaları seçməsinə təsir göstərə bilər. Lakin alimlər bunun birbaşa səbəb-nəticə əlaqəsi olmadığını, yalnız musiqi ilə qida seçimi arasında əlaqə aşkarlandığını vurğulayıblar.