Paşinyanın mətbuat katibi Melanya Arutyunyanın verdiyi məlumata görə, erməni hökumət başçısı qeyd edilən tarixlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək və BMT-nin baş katibi Antonio Quterreş daxil olmaqla, xarici tərəfdaşları ilə görüşlər keçirəcək.
Moderator.az-ın "Armtimes" nəşrinə istinadla yaydığı xəbərdə isə deyilir ki, erməni Baş nazir sosial media səhifələrində 2 video yayımlayıb: birində Nyu-Yorka yola düşdüyünü elan edib təyyarəyə minməsini göstərib, digərində isə uçağın göyərtəsində BMT Baş Assambleyasında edəcəyi çıxışını yazdığını bildirib.
S.Laçın