“Mən durub kiminsə zövqünə ilişsəm onda gərək dava yox, qalmaqal düşsün” - Alim Qasımovdan SƏRT ETİRAZ+ÖZƏL
22 Sep 2026, 10:15 24 baxış 2 dəq oxuma
“Üzeyirlə oxuduğum duet haqda mənfi, yaxud müsbət fikir bildirən şəxslərin heç birinin rəyini şəxsən oxumamışam. Çünki mən bineyi-qədimdən nə kimsənin sözünə baxıram, nə də ona qulaq asıram. Heç maraqlı da deyil. Çünki zövqlər ayrı-ayrıdır. Mən durub kiminsə zövqünə ilişsəm onda gərək dava yox, qalmaqal düşsün. Mən heç kimin zövqünə pis baxmıram. Hərənin öz zövqü, mənəviyyatı var. Onların zövqünə mən qarışmıram, ona görə də özümün də ürəyim nə istəyirsə onu oxuyuram. Bəzən mənə deyirlər ki, oxuyanda əlini qaldırırsan. Mən bunu bilərəkdən etmirəm ki... Bir də görürəm əl qalxdı, bu məndən asılı deyil ki”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Alim Qasımov deyib.
O daha sonra əlavə edib:
“Duet təklifi Üzeyirdən gəldi. Məni o söz “tutdu” ki, “Bu dünyanın nəyindən narahatsan?”. Bu söz çox xoşuma gəldi. Yavaş-yavaş dostluq, qardaşlıq etdik və bu mahnı ərsəyə gəldi. Klip də çəkdirdik. Mənə elə gəlir ki, yaxşı alınıb”.
Alim Qasımov Xalq artisti Röya Ayxan və Əməkdar artist Lalə Məmmədovanın bu dueti lağa qoymasından da danışıb:
“Orada nəsə cadu söhbəti haqda söz açıblar. O nə deməkdir? Guya mənə cadu ediblər, dueti razılaşdırıblar. Lalə Məmmədova da cadu yazıb?!”, - deyə o məsələyə bu cür münasibət bildirib.