İranın ABŞ ilə apardığı danışıqlar mübarizə üsuludur.


Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.






"Danışıqlar mübarizə meydanından çıxmaq demək deyil", - o qeyd edib.


Qalibafın sözlərinə görə, diplomatiya da müdafiə mədəniyyətindən irəli gəlir: "Diplomatiya təslim olmaq demək deyil, əksinə, meydandakı gücün siyasi nailiyyətə çevrilməsidir".