"İrana zərbələr endirmək İslam Respublikasında hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq".
 




Moderator.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu qənaətdədir.
 
O, bu barədə ABŞ-nin “ABC” telekanalına müsahibəsində bildirib.
 
“Düşünürəm ki, İranın nüvə silahına yiyələnməməsi hamımız üçün çox vacibdir, əsas məqsəd də elə budur. Lakin hesab etmirəm ki, ölkəni bombalamaqla rejim dəyişikliyinə nail olmaq mümkündür.
 
Bu, ən yaxşı variant deyil, çünki həmin üsul işləmir. Son onilliklərdə artıq bir neçə dəfə belə səhvə yol vermişik”, - deyə Makron vurğulayıb.