Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində görüş keçiriblər.


Bu barədə Moderator.az TASS-a istinadən məlumat verir.






Mətbuat üçün heç bir giriş sözü səsləndirilmədən başlayan danışıqlar qapalı formatda davam etdirilib.


Xatırladaq ki, Lavrov və Rubio sonuncu dəfə düz iki ay öncə, iyulun 23-də Manilada ASEAN (Cənub-Şərqi Asiya ölkələri) tədbirləri çərçivəsində bir araya gəlmişdilər və həmin görüş yarım saatdan bir qədər çox çəkmişdi.