Mütəxəssislər iş günündən əvvəl beyin fəaliyyətini və diqqəti dəstəkləyə bilən 5 qidanı açıqlayıb.
Səhər yeməyinin tərkibi yalnız enerji səviyyəsinə deyil, həm də gün ərzində diqqətin cəmlənməsinə, yeni məlumatların mənimsənilməsinə və yadda saxlanılmasına təsir göstərə bilər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar beyin sağlamlığını dəstəkləmək üçün səhər yeməyinə beş məhsulun əlavə edilməsini tövsiyə edir.
Qoz
Araşdırmalar qozun beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini ortaya qoyur. Günə qoz tərkibli yeməklərlə başlayan gənclər üzərində aparılan araşdırmalarda daha sürətli reaksiya və yaddaş testlərində daha yaxşı nəticələr müşahidə edilib.
Qaragilə
Qaragilənin tərkibində beyin fəaliyyətini dəstəkləyən birləşmələr var. Elmi araşdırmaların icmalına əsasən, bu giləmeyvənin istehlakı uşaqlarda məlumatı yadda saxlamaq və xatırlamaq qabiliyyətinin yaxşılaşması ilə əlaqələndirilib.
Yumurta
Yumurta beynin normal fəaliyyəti üçün vacib olan xolinlə zəngindir. Bu maddə öyrənmə və yaddaş proseslərində rol oynayan neyrotransmitterin – asetilxolinin sintezində iştirak edir.
Bununla yanaşı, yumurtanın tərkibində keyfiyyətli zülal, vitaminlər və minerallar var. Araşdırmalara görə, müntəzəm yumurta qəbulu yaddaşın bəzi göstəricilərinin və məlumatların emal sürətinin yaxşılaşması ilə əlaqəli ola bilər.
Göbələk
Dietoloq Meggi Munun sözlərinə görə, göbələk qəbulu əhval-ruhiyyənin qorunmasına və zehni yorğunluq hissinin azalmasına kömək edə bilər.
Kiçik həcmli bir araşdırmada təxminən bir stəkan təzə göbələyə bərabər porsiya qəbul edən iştirakçılarda oxşar təsir müşahidə olunub. Bununla belə, bu nəticələri təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac var.
Avokado
Avokadonun tərkibində göz və beyin sağlamlığını dəstəkləyə bilən maddələrlə zəngindir. Araşdırmalardan birində altı ay ərzində hər gün avokado qəbul edən yaşlı iştirakçılarda işçi yaddaşın, problem həll etmə qabiliyyətinin və diqqətin yaxşılaşması müşahidə edilib.
Bundan əlavə, avokadonun tərkibində birləşmələr və lif var. Mütəxəssislər bu komponentlərin normal qan dövranını və daha sabit enerji səviyyəsini dəstəkləyə biləcəyini bildirir.
Qeyd: Bu məhsulların beyin sağlamlığına mümkün faydaları ilə bağlı araşdırmalar mövcuddur. Lakin onların hər bir insanda yaddaşı və diqqəti mütləq yaxşılaşdırdığı nəticəsinə gəlmək olmaz.