Ukraynanın Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində həlak olan azərbaycanəsilli şəxsin yaxınları danışıb.
 




Moderator.az APA TV-yə istinadən xəbər verir ki, Ucar rayonunun Boyat kəndində anadan olmuş Hüseyn Əlimusağlu Mussaliyevin avtomobili dron hücumuna məruz qalıb.
 
"Ticarətlə məşğul idi. Orada bir başqa bir həmyerlimizlə oturub yeyib-içiblər. Axşam onu evinə aparırmış. Maşını sürən də başqa bir adam olub. Dron gəlib onun oturduğu hissədən düşüb, partlayıb", - deyə mərhumun qohumu Yadigar Həsənov bildirib.
 
Qeyd edək ki, ağır xəsarət alan həmyerlimiz xəstəxanada həyatını itirib. Mərhum ailəli olub. İki azyaşlı övladı var.
 
Bildirilir ki, həmyerlimizin nəşinin bu gün - sentyabrın 25-də Azərbaycana gətiriləcəyi və doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı planlaşdırılır.