Güclü Ermənistan Partiyasının lideri, Rusiya prezidenti V.Putinin faktiki olaraq hazırkı Baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün  "desant" kimi ezam etdiyi milyarder Samvel Karapetyan bu gün- sentyabrın 25-də məhkəmə binasının həyətində jurnalistlərə bildirib ki, "Əgər biz düzgün işləsək, xalq Tiqranaşenin(Kərki-S.L.) müdafiəsi üçün ayağa qalxmağa borcludur".
 




Moderator.az xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb.
 
Xəbərdə xatırladılır ki, "Güclü Ermənistan" partiyasının nümayəndələri bu yaxınlarda Azərbaycanın işğal altındakı Kərki kəndinə baş çəkib, "ağac əkib və kəndin inkişaf planını təqdim ediblər".
 
Bundan əlavə, "Güclü Ermənistan" fraksiyasının deputatları Ermənistanın Müstəqillik Gününə görə aldıqları əmək haqqı bonuslarından Kərkidəki  erməni sakinlərin ehtiyaclarını ödəmək üçün tam şəkildə istifadə etmək qərarına gəliblər.
 
S.Laçın