Məlum olduğu kimi, ölkəmizdə hərbi qulluqçuların  maaşlarının artırılması nəzərdə tutulur. Məlum yeniik qanunvericilikdə həyata keçiriləcək dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq ki, bu da hərbçilərin sosial rifahının daha da yaxşılaşmasını sitimulaşdıracaq.


Azərbaycanda hərbi qulluqşçuların əməkhaqlarının 22,8% artırılması ölkəmizdə insan faktoruna verilən qiyməti göstərir. Bu yenilk sübut edir ki, ölkəmizin artan iqtisadi qüdrəti vətəndaşların, eləcə də, vətən müdafiəçiləinin sosial rifahının yüksəlməsi ilə paralel müşahidə olunur. Başqa sözlə desək, vətəndaşlar ölkənin artan iqtisadi gücünü bilavasitəi öz gündəlik həyatlarında hiss edir ki, bu da sadəcə dövlətimiz deyil, həm də hər bir vətəndaşımız adına qürurvericidir.






Bundan başqa, hərbi qullquçuların maaşlarının artıırlması, eyni zamandatəhlükəsizliyimizə verilən qiymət kimi dəyərləndirilməlidir.


Heç kimə sirr deyil ki, dövlətimizin təhlükəsizliyi bilavasitə onun hərbi qüdrətindən, bu qüdrətin əsas dayağı olan hərbçilərimizin peşəkarlıq və fədakarlığından asılıdır. Belə olan halda hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial rifahının daha da yüksəlməsi deməkdir. Hansı ki, sosial təminatlarının güclənməsinin onların xidmətlərinin keyfiyyətinə bilavasitə təsir göstərəcəyi birmənalıdır.


Hərbçilərin əmək haqlaırnın yüksəldilməsi hərb peşəsinə marağın daha da artırılmasına da müsbət təsir göstərəcək. Yüksək əməkhaqqı yaxın gələcəkdə daha çox insanın ordu sıralarına cəlb olunmasına təkan verəcək ki, bu da həssas coğrafiyada yerləşən, davamlı şəkildə risk və təhlükələrlə üzləşən Azərbaycan üçün olduqca vacib bir amildir.


Bir sözlə, əminliklə demək olar ki, əməkhaqqı artımları respublikamızın müdafiə və təhlükəsizliyinin etibarlı şəkildə təminatında müsbət rol oynayacaq, yalnız hərbçiər tərəfindən deyil, bütün cəmiyyət tətəfindən rəğbətlə qarşılanacaq.


Seymur ƏLİYEV