Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyində yeni kadr təyinatı olub.
 




Müvafiq əmrlə Şulan Nağıyev Agentliyin Hüquqi təminat sektorunun müdiri vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, Şulan Nağıyev 2024-cü ilin iyun ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü — vəkildir.
 
O, yeni təyinatadək “GoldenPay” ASC-də Aparıcı hüquqşünas vəzifəsində çalışıb. Daha əvvəllər isə “EKVITA” şirkətində və Dövlət Vergi Xidmətində Baş hüquqşünas vəzifəsində işləyib. /İqtisadiyyat.az/