Toylara və tədbirlərə əslində getmirəm. Aygünsevərlər sırf Aygünün repertuarından mahnılar ifa etmək üçün istəyirlər ki, məclislərində iştirak edim. Demək olar ki, xeyir işlərə gedəndə sırf Aygünün mahnılarını istəyirlər. Ələxsus da “Tut ağacı” mahnısını.. Mən özümə görə toylara getmirəm, sırf Aygünü xatırlatmaq üçün insanların qəlbini qırmayıb gedirəm”
 




Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Aygün Bəylərin bacısı, müğənni Zümrüd Hümbətova deyib. O daha sonra Aygün Bəylərin ev muzeyini yaratmaq istəyindən danışıb:

“Mən çox istərdim ki, Aygünün ev muzeyi olsun. Bunu bir neçə dəfə dedim. Onun dırnaqarası bacısı etiraz etdi. Qızından ümumiyyətlə səs çıxmadı. Geyimləri, xüsusi papaqları var idi. Hətta sonuncu konsertindəki geyimindən bir dəfə istifadə etdi, sonra ona qismət olmadı. Papaq kolleksiyası daha çox idi. Bilmirəm ki, geyimlərini kiməsə veriblər ya yox?! Məndə bir-iki əşyası var, onları əziz saxlayıram, toxunmuram. Çox istərdim ki, Aygünün geyimləri istifadə olunmasın, muzeydə nümayiş olunsun” deyə o bildirib.
 
Zümrüd Hümmətova Aygün Bəylərin yaradıcılıq gecəsinin keçiriləcəyini bildirib:
 
“Aygün dünyasını dəyişəndən mən çalışıram ki, onun xatirə gecəsini təşkil edim. Bu mənim bir nömrəli arzum idi. İnşallah ki, oktyabr ayının 20-də Beynəlxalq Muğam Mərkəzində Aygünün xatirə gecəsi keçiriləcək. Burada bizim heç bir maddi marağımız yoxdur. Onlar özləri bilet satıb, dövlət hesabına köçürəcəklər. Ağasəfər Səfərov, Qənirə xanıma və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm. Nə xoş ki, Aygünü hələ də sevirlər və bizə dəstək olurlar. Gecədə Aygünün mahnıları dəyərli müğənnilərimizin ifasında səsləndiriləcək və ziyalılarımız, bəstəkarlarımız qonaq olacaqlar. Aygünsevərlərin hər birini bu gecəyə dəvət edirik” deyə o bildirib.