“Bakı Metropoliteni” QSC-də Daxili audit üzrə menecer vəzifəsinə təyinat olub.
moderator.az xəbər verir ki, Metropolitenin sədri Vüsal Aslanovun müvafiq əmri ilə bu vəzifə Sadiq Hüseynliyə həvalə olunub.
Qeyd edək ki, S.Hüseynli bundan öncə "GP Cotton Holdings" MMC-də Baş daxili auditor olub.
Xatırladaq ki, Metropolitenin Daxili audit departamentinin rəisi Tural Talıblıdır. O, bu vəzifəyə ötən ilin aprel ayında təyin edilib. /Plat.az/