"2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib".
 




Moderator.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.
 
O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.
 
Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.
 
O, sonda qeyd edib ki, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir. /APA/