Sentyabrın 28-də Ermənistan Respublikası Şurasının katibi Alen Simonyan 20-dən çox Avropa İttifaqı üzv dövlətinin, Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının müxtəlif nümayəndələrinin daxil olduğu Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyətini qəbul edib.
 




Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yazdığı məlumata görə,  müzakirələrin əsas mövzusu Ermənistan-Aİ münasibətlərinin gündəmdəki məsələləri və əlaqələrin dərinləşdirilməsi ilə bağlı mövzular olub.
 
Təhlükəsizlik Şurasının katibi həmçinin işçi qrupunun nümayəndə heyətinə Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün təsis edilməsinə yönəlmiş addımları, eləcə də regional maraq doğuran digər mövzuları təqdim ediB.
 
S.Laçın