“Şuşada avtomobilin tank əleyhinə minaya düşməsi Ermənistanın mina terrorunun nəticə etibarilə hələ də davam etdiyini göstərir”.


Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildiirb. Millət vəkili qeyd edib ki, işğal dönəmi və müharibə zamanı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən geniş şəkildə minalanması həyata keçiriib ki, bunun fəsadları günümüzdə də davam edir:






“Məlumdur ki, bu minalar işğal və müharibə dönəmində basdırılıb və bunun təmizlənməsi xeyli vaxt tələb edir. Çünki ermənilər bəzi hallarda bu minaları necə gəldi basdırıblar və elə yerlər var ki, özlərində də həmin ərzilərin mina xəritəsi yoxdur. Lakin buna baxmayaraq təbii ki, Ermənistan işğaldan azad edilən ərazilərimizdəki hər bir mina partlayışına görə məsuliyyət daşıyır.



Ermənistanın mina terroru bir neçə ildir ki, dövlətimiz tərəfindən ifşa edilməkdə, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaqdadır. Məlum proses bundan sonra da davam etdirilməli, mina terorunda əli olan bütün müqəssirlərin cəzalanması təmin olunmalıdır. Çünki mina teroru insan həyatına qəsd olmaqla yanaşı, həm də beynəlxakq hüquq normalarına meydan oxumaqdır. Buna görə də bu cür bəd əməllər beynəlxalq hüquq konteksində qiymətləndirilməli və ən sərt şəkildə cəzalandırılmalıdır”.


Seymur ƏLİYEV