"Xankəndi" klubunda baş məşqçi təyinatı gerçəkləşib.
 




Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, klubla Röyal Nəcəfov arasında müqavilə imzalanıb.
 
Razılaşmaya əsasən, Röyal Nəcəfov 2026/2027-ci illər mövsümünün sonunadək "Xankəndi"nin baş məşqçisi vəzifəsini icra edəcək.