“Rusiya-Ukrayna müharibəsinin cari ilin sonuna kimi başa çatması inandırıcı görünmür. Müharibə o zaman bitəcək ki, tərərflərdən biri məğlub olsun”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, indiki məqamda müharibə tərəflərinin irəli sürdüyü şərtlər digər tərəf üçün qəbuledilməzdir:
“Tərəflər müharibəyə son qoymaq üçün fərqli tələblər irəli sürür və heç bir tərəf də öz tələbindən geri çəkilmək istəmir. Ukrayna 1991-ci il sərhədlərinin bərpa olunmasını, Rusiyanın ələ keçridiyi ərazilər tərk etməsini istəyir. Rusiyanın isə tələbləri daha böyükdür. Kremlin irəli sürdüyü tələblərə görə Ukrayna hətta ordusunun sayını belə Moskva ilə razılaşdırmalıdır. Belə olan halda isə sülh üçün heç bir real zəmin formalaşmır və hər bir tərəf çıxış yolunu hərbi əməliyyatları davam etdirməkdə görür.
Hazırda müharibə bütün dəhşəti ilə davam edir. Bu isə bizə sülhlə bağlı ümidli olmağa əsas vermir”.
Seymur ƏLİYEV