“Toyuma dəvət etmədiyim jurnalistlər də gəlmişdilər. Bunu normal qəbul etdim və fikirləşdim ki, sakitcə, vicdanla öz işlərini görəcəklər. Halbuki ora mən hər kəsi dəvətnamə ilə çağırmışdım. Gəldilər, oturdular, yeyib-içdilər, toyda ürəkdən iştirak etdilər. Sağ olsunlar.. Orada mənim yaş həddimi qabartmağın nə mənası var idi?! Birincisi yaşımı düzgün yazmayıblar. Ən azından orada məndən soruşa bilərdilər. Ancaq qalmaqal axtarıb, ürək bulandırırdılar. Toyumda iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Xüsusilə də əziz dostum, peşəkar aparıcı Elgiz Əkbərə və toyu təşkil edənlərə”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış jurnalist və aparıcı Afət Rahilqızı deyib.
O daha sonra əlavə edib:
“Onlara mən jurnalist də deməzdim, sayt işlədirlər, blogerdirlər. Nə mənim 56 yaşım var, nə də Fərhadın 30. Aramızda yaş fərqi var. Vallah heç görünüşümüzdə fərq yoxdur. Yazardınız ki, “Allah xoşbəxt etsin”. Onsuz da hər kəs rəylərdə xoş söz yazmır ki.. Məni əsəbləşdirən də budur. Bir-iki sayt direktoruna yazdım. Onlar da mənə dedilər ki, “biz başqa saytlardan götürüb yazmışıq”. Mən indiyə qədər heç bir jurnalist haqda nəsə pis bir xəbər yazmamışam. Bu yalan məlumatları yazmaqla guya nə oldu ki?! Evinizə çörək apardınız?”.
Afət Rahilqızı toyunda Xalq artisti Röya Ayxanın üzrlü səbəbə görə iştirak edə bilmədiyini açıqlayıb:
“Verilişimiz hələ Arb-də yayımlananda Röya söz vermişdi ki, toyuna gələcəm. Mənə səs atdı ki, “4 tədbirim var, çatdırsam gələcəm”. Sonra elə oldu ki, tədbirləri gecə saat 12-yə qədər uzandı. Ona görə də iştirak etmədi. Bilirdim ki, gəlməyə bilər, əvvəlcədən mənə demişdi. İnsandır da, işi çıxıb gəlməyib. Əsas odur ki, içində gəlmək istəyi olub. Bu söhbəti də saytlarda şişirtdilər”.