Moderator.az xəbər verir ki, son illər “İstədim” hiti ilə ölkə hüdudlarından kənarda da populyarlıq qazanan sənətçi bu dəfə Rusiyanın üç böyük şəhərində – Ufa, Sankt-Peterburq və Kazanda solo konsert proqramları ilə çıxış edib.
Sənətçinin Rusiya turnesi çərçivəsində sentyabrın 25-də Ufa şəhərində, oktyabrın 2-də Sankt-Peterburqda, oktyabrın 13-də isə Kazanda konsertləri baş tutub.
Zərgərlinin builki Rusiya turu 6 dekabr Moskva konserti ilə yekunlaşacaq. Gələn ilki konsert turunun tarixləri və şəhərlər isə yaxın həftələrdə bəlli olacaq.