Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
 




Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.
 
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.