Qara dənizdə azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb: Ölən və itkin düşənlər var
23 Oct 2026, 14:26 2 baxış 1 dəq oxuma
Komor adaları bayrağı altında üzən "Khoryv" adlı ticarət gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Moderator.az Rumıniya mətbuata istinadən xəbər verir ki, dron zərbəsinə məruz qalan gəminin alovlanaraq batdığı bildirilir. Hadisə nəticəsində bir dənizçi həlak olub, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib.
Rumıniya dəniz orqanlarının məlumatına görə, gəmidə ümumilikdə 13 nəfər – 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub. Dəniz Koordinasiya Mərkəzi gəmidən təcili yardım siqnalını səhər saat 10 radələrində qəbul edib, bundan sonra Rumıniya rəsmiləri xilasetmə əməliyyatına başlayıblar.
Əməliyyatda Sahil Mühafizəsi və Rumıniyanın Dənizdə İnsan Həyatının Xilas Edilməsi Agentliyi iştirak edir. İtkin düşən üç dənizçini axtarmaq üçün əraziyə xilasetmə gəmiləri göndərilib.