Antigua və Barbuda ada dövlətinin sahillərində zəlzələ qeydə alınıb.


Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Təbii fəlakətin maqnitudasının 6,5 olduğu bildirilib. Alimlər həmçinin zəlzələnin episentrinin 10 kilometr dərinlikdə yerləşdiyini də dəqiqləşdiriblər. Episentr ölkənin paytaxtı Sent-Condan 1826 kilometr şimal-şərqdə yerləşib.


Hazırda sunami təhlükəsi elan olunmayıb. İtki və ya dağıntı barədə heç bir məlumat daxil olmayıb.


 


(publika)