Rusiyada işçi qüvvəsi çatışmazlığı ölkənin məmur və iş adamlarını Şri-Lankadan əmək miqrantları gətirməyə vadar edib.






Baku TV-nin xəbərinə görə, Rusiyanın Şri-Lankadakı səfiri Levan Caqaryan Cənubi Asiya ölkəsindən işçilərin gəlişi barədə məlumat verib. O, Şri-Lankadan olan əmək mühacirlərinin ilk qruplarının artıq işə başladığını, lakin təşkilati çətinliklərlə üzləşdiyini deyib.


Diplomatın sözlərinə görə, Pskov bölgəsindəki miqrant işçilərə ödənişlər gecikməyə başlayıb. Caqaryan xəbərdarlıq edib ki, bu cür hallar, eləcə də işçilərin qeydiyyatı və dəstəyi ilə bağlı digər problemlər yaxın gələcəkdə şrilankalı işçi qüvvəsinin axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.