Dünən -aprelin 2-də ABŞ-israil tərəfindən İranda Kərəc və Tehran arasındakı strateji körpünün sıradan çıxarılmasına cavab olaraq, İranın "Noor News" xəbər agentliyi potensial hədəflərin siyahısını dərc edib.


Moderator.az bu haqda "Azad İran" telegqram-kanalına istinadla xəbər verir.






"Yaxın Şərq, həmçinn İsraildə 10 strateji körpü, o cümlədən:



Alnabi körpüsü,


Kral Fəhd körpüsü,


Şeyx Zayed körpüsü və s."- xəbərdə belə deyilir.


İsrailin "Ynet" nəşri də xəbəri təsdiqləyib.



Moderator.az-dan zəruri arayış:
 
Arik körpüsü (Arik Bridge): İsrailin şimalında, Qaliley dənizinin (Kinneret) şimalında yerləşir və İordaniya çayı üzərindəki əsas keçidlərdən biridir.
 
Alnabi körpüsü (Kral Hüseyn/Allenbi körpüsü): İordaniya çayı üzərində, İordan çayının qərb sahili ilə İordaniyanı birləşdirən vacib beynəlxalq keçid məntəqəsidir.
 
Kral Fəhd körpüsü (King Fahd Causeway): Səudiyyə Ərəbistanı və Bəhreyni birləşdirən, Fars körfəzi üzərində yerləşən nəhəng körpü kompleksidir.
 
Şeyx Zayed körpüsü (Sheikh Zayed Bridge): Birləşmiş Ərəb Əmirliklərinin (Abu Dabi) ən məşhur və memarlıq baxımından əhəmiyyətli körpülərindən biridir. 
 
S.Laçın