Türkiyənin Iğdır şəhəri, 1 yanvar tarixinə olan məlumata görə, Türkiyənin ən çirkli havasına malik şəhəri olub.


Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bunu Dünya Hava Keyfiyyəti İndeksi (AQI) məlumatları göstərib.






AQI-nin məlumatlarına görə, ölçülən yüksəkhissəcikli (PM2.5) göstəricilər Iğdırda hava keyfiyyətinin təhlükəli səviyyədə olduğunu ortaya qoyub.


Mütəxəssislər, xüsusilə qış aylarında qalıq yanacaq istifadəsinin artmasının, meteoroloji şəraitin və şəhərdə hava dövranının qeyri-kafi olmasının çirklənməni artırdığını qeyd edirlər.


Səlahiyyətlilərin sözlərinə görə, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar zərurət olmadığı təqdirdə uzun müddət açıq havada qalmaqdan çəkinməlidirlər. Həmçinin maska ​​​​taxılmasının və hava çirkliliyinə qarşı fərdi tədbirlərin də vacibliyini vurğulayıblar.


Qeyd edək ki, Iğdır əvvəlki illərdə də oxşar dövrlərdə hava çirkliliyi reytinqində ilk yerlərdə qərarlaşıb.