Tayvanda F-16 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.


Moderator.az xəbər verir ki, bu haqda Tayvan Hərbi Hava Qüvvələri açıqlama yayıb.






Bildirilib ki, ABŞ istehsalı olan “F-16V2 tipli döyüş təyyarəsi adanın şimal-şərqindəki Hualien prefekturası yaxınlığında adi təlim uçuşu zamanı dənizə düşüb.


Qeyd edilib ki, pilot qəzadan əvvəl təyyarədən atılıb və itkin düşən pilotun tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.