Cəlilabadda buz bağlayan yolda avtomobil aşıb, 2 nəfər xəsarət alıb - FOTO
22 Jan 2026, 13:33 3 baxış 1 dəq oxuma
Cəlilabadda buz bağlayan yolda avtomobil aşıb.
Moderator.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının 100-cü km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb.
"Mercedes" markalı nəqliyyat vasitəsi sürüşərək yol kənarına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.