Braziliyanın şimal-şərqində zəvvarları daşıyan avtobus ağır qəzaya uğrayıb ən azı 15 nəfər ölüb və onlarla insan xəsarət alıb.


Moderator.az xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.






Qeyd olunub ki, avtobusda təxminən 60 sərnişin olub. İlkin məlumatlara görə, o yolda aşıb, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.


Ölənlər arasında beş kişi, yeddi qadın və üç uşaq var. Yaralılar yerli xəstəxanalara çatdırılıb.


Alaqoas ştatının hakimiyyəti üçgünlük matəm elan edib.