Moskvanın cənubundakı biznes mərkəzində baş verən yanğın səbəbindən "Regnum" informasiya agentliyinin redaksiyası təxliyə edilib.


Moderator.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə agentliyin baş redaktoru Marina Axmedova məlumat verib.






"İşi dayandırdıq, hamımız qaçıb çıxdıq. Hazırda yanğını söndürürlər. Təxliyə dərhal həyata keçirilib", - o qeyd edib.


Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə baş idarəsindən bildirilib ki, hadisə yerində yanğın-xilasetmə qüvvələri işləyir.


KİV-in məlumatına görə, binada "İzvestiya" qəzetinin redaksiyası da yerləşir.