Moskva şəhər məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə təqsirli bilinən erməniəsilli bloqer Arsen Markaryanı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.


Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.






Yekun çıxışI zamanı prokuror Markaryana 6 il 10 ay həbs cəzası istəyib. Bloqer günahını tam etiraf edib və peşman olduğunu bildirib.


Qeyd edək ki, bloqer ötən ilin avqustun 23-də Moskva vilayətində saxlanılıb. Avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı hərbçilərin xatirəsini təhqir etdiyi üçün həbs edib.